Azərbaycanın ən böyük qeyri-neft ixracatçılarının adları açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan həyata keçirilən qeyri-neft ixracı ilə bağlı qeyri-dövlət və dövlət şirkətlərinin reytinqi tərtib edilib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

Sənədə əsasən, qeyri-dövlət şirkətlərinin reytinqinə 53,6 milyon ABŞ dolları ilə “MKT İstehsalat Kommersiya” MMC liderlik edir. Növbəti yerlərdə Şirinov Elvin Valeh oğlu (52,5 milyon ABŞ dolları), “Baku Steel Company” QSC (39,2 milyon ABŞ dolları), “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin yerli nümayəndəliyi (38 milyon ABŞ dolları), “Best Logistik” MMC (30 milyon ABŞ dolları), “STP Global Cable” MMC (25,9 milyon ABŞ dolları), “P-Aqro” MMC (19,9 milyon ABŞ dolları), “My Fruit” MMC (19,6 milyon ABŞ dolları), “Almeyvə” MMC (16,7 milyon ABŞ dolları) və “Mega Fruit Az” MMC (15,9 milyon ABŞ dolları) qərarlaşıb,

Dövlət sektoru üzrə qeyri-neft ixracı əməliyyatlarında iştirak edən şirkətlərin siyahısına isə “Azərenerji” ASC (314 milyon ABŞ dolları) başçılıq edir. Daha sonra bu siyahıda Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (186,2 milyon ABŞ dolları), “SOCAR Polymer” MMC (151,2 milyon ABŞ dolları), “Azəralüminium” MMC (66,9 milyon ABŞ dolları), “AzerGold” QSC (39,4 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (10,8 milyon ABŞ dolları), “Azərbaycan Hava Yolları” QSC (7,9 milyon ABŞ dolları), “Azərbaycan Dəmir Yolları” QSC (1,1 milyon ABŞ dolları), “Azəripək” MMC (1,1 milyon ABŞ dolları) və “ASK Tütün” MMC (0,57 milyon ABŞ dolları) var.

Report

Yeni Xəbərlər