Tərkibində olan müəssisələr

“Azəralüminium” MMC X

“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. “Azəralüminium” MMC-nin “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1081 nəfərdən ibarətdir.
       Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiya...

“Azərpambıq ASK” MMC X

“Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin  tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy),  Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

    Bərdə rayonunda da 2 min hektar ərazidə yeni təcrübə-sınaq təsərrüfatının yaradılması nəzərdə tutulub. Cəmiyyət  2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparmış və bu günə qədər 49,3...

“Azərtütün ASK” MMC X

“Azərtütün ASK” MMC 2018-ci ildə “İntertobacco” MMC-nin bazasında yaradılmışdır.  “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd xüsusi odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “Cone”, emal zavodunun  avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilkdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri vardır, mövsümdə isə 550-600 nəfər müvəqqəti işçi cəlb edilir.

2019-cu ildə 1800-190...

“Azəripək” MMC X

“Azəripək” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalat, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal  sahələrindən ibarətdir.

Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipəyi açan istehsalatın 1 növbəli iş rejimində illik istehsal gücü 500 ton olan yaş barama emalı, toxucu istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü 50 min p/m olan ipək parça, 40 min p/m olan pambıq parça istehsalı, boyaq-bəzək istehsalatının 1 növbəli iş rejimində illik istehsal gücü əl üsulu ilə 10 min ədəd olan kəlağayı və 5 min ədəd olan şərf təşkil edir.

  &n...

“ASK Şüşə” MMC X

“ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə  22 ha ərazidə yerləşir və  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib.  Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya  və anbardan ibarətdir. İstehsalat prosesinə aid bütün mərhələlər nəzarət altındadır, xammal və hazır məhsulun keyfiyyəti fasiləsiz olaraq yoxlanılır.

      Müəssisə regionda ən geniş imkanları olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədə istehsal olunur, müəyyən hissəsi isə Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən gətirilir. 

     Hazırda zavod istehsal gücünün 40%-i ilə işləyir və bu göstərici ildə orta hesabla 40-45 milyon şüşə tara...

“ASK Şəki Şərab” MMC X

“ASK Şəki Şərab” zavodu 2018-ci ildən “ASK” ASC-nin nəzdində fəaliyyət göstərir. Zavod istehsal sexi,  emal sexi, inzibati bina və anbardan ibarətdir. Müəssisədə quraşdırılmış avadanlıqlar İtaliyanın tanınmış şirkətlərindən olan “Della Toffola SPA” şirkətinin istehsalıdır. Zavodun əsas fəaliyyət istiqaməti şərab istehsalıdır. Zavodun illik üzüm qəbulu 3 min tondur. Xammal kimi istifadə olunan üzüm Azərbaycanın rayonlarından yığılır. Müəssisənin əsas məqsədi istehsal etdiyi şərabların dünya standartlarına uyğun olmasını təmin etməkdir. Bu illər ərzində  “ASK Şəki Şərab” zavodu istehsal olunan şərab növlərinin  daxili və xarici bazarlarda satışını həyata keçirmişdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə daxil olduğu müddətdə 724 895 kq üzüm qəbul edilmiş və həmin xammaldan  ...

“ASK Ayaqqabı Fabriki” MMC X

“ASK Ayaqqabı Fabriki”  MMC -nin  ümumi sahəsi - 27079 m2, istehsal sahəsi - 7914.9 m2, anbar sahəsi - 3000m2 və ofis sahəsi - 609.5m2 təşkil edir. Cəmiyyətin 4 istehsal sexi, elektro-mexaniki sexi və labaratoriyası var. 1 №-li sex -  ayaqqabıların üzlük hissələrinin yığılması, pəstahların formalaşdırılması, 2 №-li sex - ayaqqabı altlıqlarının injeksiya üsulu ilə tökülməsi, 3 №-li sex - ayaqqabıların üzlük, içlik hissələrinin kəsilməsi və altlıq hissələrinin hazırlanması,  4 №-li sex -  zabit heyəti üçün  yay və qış  çəkmələri, kişi və qadın üçün gündəlik ayaqqabılar, o cümlədən idman ayaqqabılarının istehsalı ilə məşğuldur. Laboratoriyada isə daxil olan materialların və istehsal edilən ayaqqabıların test və sınaqları aparılır, onların keyfiyyət və davamlılıq göstəriciləri yoxlanılır. 

“ASK Ayaqqab...

“ASK Tekstil” MMC X

“ASK Tekstil” MMC-nin nəzdində olan fabrikin iplik istehsal sahəsində 100 faiz pambıq olan 2 növ iplik istehsal edilir. Tam avtomatlaşdırılmış trikotaj toxuma avadanlıqları vasitəsilə, gətirilən ipliklərdən və fabrikin istehsalı olan pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları, xüsusi geyimlər istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. Ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə edilir və Azərbaycanın bütün xalçaçılıq məktəblərinin nümunələrini görmək olar.

“ASK Xidmət” MMC X

“ASK Xidmət” MMC 09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilmişdir. ”ASK Xidmət” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir. Hal-hazırda, müəssisəmiz “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normaların...

“ASK İdman Kompleksi” MMC X

"ASK İdman Kompleksi" MMC  2000-ci ildə AFFA tərəfindən inşa edilmiş və “Şəfa” stadiounu kimi fəaliyyətə başlamışdır. 2018-ci il 02 fevral tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən "ASK İdman Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti  təsis edilmiş və kompleksin idarə edilməsi ona həvalə edilmişdir. 2018-ci ilin fevral ayından etibarən kompleksin adı dəyişdirilmiş  və  “ASK Arena” adı altında fəaliyyətinə davam etmişdir.

Kompleksin tərkibinə daxil olan meydançanın tutumu 8125 nəfərdir. Arena futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” futbol klubunun ev oyunları meydançası kimi istifadə olunur. Arenanın ərazisində futbol meydançaları, hovuz, fitnes mərkəzi, Milli Karate Federasiyası, karate idman zalları, boks üçün zal, ofis mərkəzləri, beynəlxalq standartlara cavab      &nb...

“ASK İnşaat” MMC X

“ASK İnşaat” MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tikinti və tikinti məhsullarının istehsalı şöbəsinin funksiyasına uyğun olaraq aparılan layihələndirmə və tikinti-quraşdırma işlərinə texniki nəzarəti həyata keçirir. 

2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə Balakən rayonu, Hənifə kəndində 2 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə ümumi gücü 540 ton olan 60 kameralıq  “Balakən Tütün İstehsalı və Emalı” məntəqəsi  inşa olunmuşdur.

2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “Azərpambıq ASK” MMC üçün  Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda 2 ədəd, Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunda 4 ədəd, Saatlı Pambıq İstehsalı və Emalı Zavodunda 1 ədəd və Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda 4 ədəd pambıq taya yerləri  tikilib tam başa   ...

“ASK İzolit” MMC X

Azərbaycan Respublikası Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılmışdır. Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisənin məhsullarından iqtisadiyyatın bir çox sahələrində geniş istifadə olunur.

Hazırda müəssisədə diametri 16 mm-dən 630 mm-dək olan polimer borular, 700 mm-dən 2000 mm-dək diametrli şüşə-plastik borular, 4mm - 32mm diametrdə və istənilən uzunluqda kompozit polimer armaturlar buraxılır. Zavodun istehsal xətlərində ayda 2,5-2,7 milyon manatlıq məhsul istehsal oluna bilər.

“ASK Şəki Kərpic” zavodu X

“ASK Şəki Kərpic” zavodunun  istehsal gücü ildə 30 milyon ədəd kərpic təşkil edir. Hazırda zavodda 10 növ kərpic istehsal olunur. Zavodun xammal təminatı “Şəki Kərpic” zavodu və Şəki rayonu Daşüz Bələdiyyəsi arasında bağlanılmış icarə müqaviləsinə əsasən icarəyə götürülmüş 10 ha torpaq sahəsində yerləşən gil yatağından təmin olunur. Zavodda 76 nəfər işçi çalışır. İstehsal olunan məhsullar üçün Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı alınmışdır.

“ASK Heyvandarlıq” MMC X

“ASK Heyvandarlıq” MMC   Şəki rayonunun Orta Zəyzid kəndində  fəaliyyət göstərir. Südçülük-maldarlıq üzrə  damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutur. Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır.  Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6...

"ASK Şəki SES" MMC X

"ASK Şəki SES" MMC Azərbaycanın vahid enerji sisteminə qoşulmuşdur. Stansiya kompleks təyinatlıdır, Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.

Stansiyada təmir-yenidənqurma işləri aparılmışdır. Stansiyanın Baş su hövzəsi tam yenidən qurulmuş, Almaniyanın “WKV” şirkətindən yeni güc avadanlıqları alınmış, stansiyaya gətirilərək, quqraşdırılmış və 2008-ci ilin mart  ayında istismara verilmişdır.

Hazırda stansiyanın gücü 1,3 mvt-dır. Yeni güc avadanlıqları istismara verildikdən sonra stansiyada elektrik enerjisi istehsalı 3 dəfə artmışdır.  Hər ay orta hesabla 600-700 min kvt saat elektrik enerjisi istehsal edilir.Yeni avadanlıqlar istifadəyə verildikdən sonra stansiyada 2008-ci ildə 5096640 kvt.saat, 2009-cu ildə 6520800 kvt.saat, 2010-cu ildə 6384000 kvt.saat, 2011-ci ildə 5044536 kvt.saat, 2012-ci ildə 5162328 kvt.saat, 2013-cü ildə 6409608 kv...

Biz kimik?

Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, müəssisələrin istehsal potensialının artırılmasına və onlar arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaq üçün yaradılmış Açıq Səhmdar Cəmiyyəti.

Dünya qiymətləri

Alüminium
Pambıq