Bu il Zaqatalada 573,5 hektarda tütün əkilib

Zaqatala rayonunun təsərrüfatlarında tütün əkini başa çatıb. Builki mövsümdə zaqatalalı fermerlər 573,5 hektar sahədə tütün yetişdirirlər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Bildirilib ki, cari ildə rayonda “Azərtütün ASK” MMC tərəfindən 398,83 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 174,64 hektarda digər tütün sortları əkilib. Tütün əkininə 1700-dən çox mövsümi işçi cəlb olunub.

Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər