“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “CONETECH Computers LLC” şirkəti ilə görüş keçirilib

     23 iyun 2023-cü il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə başda olmaqla qurumun rəhbər heyəti ilə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “CONETECH Computers LLC” şirkəti arasında görüş keçirilib. 

    Qeyd olunmalıdır ki, məlumat emalı mərkəzlərinin qurulması, eyni zamanda idarə edilməsi üzrə ixtisaslaşmış olan şirkət dünyanın bir çox ölkələrində bu sahədə peşəkar xidmətlər göstərir.

    Müasir günümüzdə innovativ layihələr,  onların “yaşıl enerji”  ilə dəstəklənməsi və bu yöndə yeni perspektivlərin müzakirəsi mövzusunda keçirilən görüşdə,  “CONETECH Computers LLC”  şirkəti  tərəfindən digər ölkələrdə həllini tapan işlər, nəticə olaraq əldə edilən nailiyyətlər də müzakirə olunub. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbər heyəti öz növbəsində   təmsil  etdikləri  qurum tərəfindən bu sahədə tədbiq olunan innovativ həllər haqqında məlumat verib. Daha sonra birgə həyata keçiriləcək layihələrə dair tərəflər arasında  fikir mübadiləsi aparılıb.

Fotolent

Yeni xəbərlər