"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin inzibati binasında koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin inzibati binasında koronavirus infeksiyasına qarşı qabaqlayıcı əks-epidemik profilaktik tədbirlər-dezinfeksiya işləri aparılıb.
Xüsusi nəzarət altında "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin inzibati binasının foye və konfrans zallarında, iş otaqlarında, dəhlizlərində, giriş-çıxışlarında və digər ərazilərində dezinfeksiya işləri tam olaraq yerinə yetirilib.
Əməkdaşların sağlamlığını və təhlükəsizliyini diqqətdə saxlamaq məqsədi ilə gündəlik iş şəraiti rejimində əməkdaşların əllə təmasda olduqları səthlər xüsusi dezinfektantlarla silinərək təmizlənib. Dezinfeksiya prosesində istifadə olunan məhlulun iyi və qoxusu yoxdur, insanlar üçün tam təhlükəsizdir.
 

Fotolent

Yeni Tədbir