“Qarabağ” uzun fasilədən sonra “ASK Arena”da məşqlərə başladı

Bu gün “Qarabağ” reqbi klubunun uzun fasilədən sonra ilk məşqi “ASK Arena” (köhnə “Şəfa” və ya “İnter Arena”) stadionunda keçirilib.

Azərbaycan Reqbi Federasiyasının saytının xəbərinə görə, məşq prosesinə ən aşağı yaş qrupunun uşaqları cəlb olunub.

Reqbidə ilk addımlarını atan balaca idmançılara dəstək vermək üçün klubun məşqçiləri Nizami Mahmudov və Nəsir Axundovdan savayı, məşqdə reqbi üzrə Azərbaycan milli yığma komandasının üzvləri olan İlqar Qubadov, Pərvin Keyqubadi və digər təcrübəli oyunçular da iştirak edib.

“Qarabağ”ın heyətində bir neçə il bundan əvvəl Bakı birinciliyinin qalibi və beynəlxalq turnirlərin mükafatçıları olan Kamran Axundov və Nicat Mehdiyev də kiçik komanda yoldaşları ilə əyləncəli məşq prosesində olub.

Oxu.az

Fotolent

Yeni xəbərlər